"Kommersant.az" xəbər verir ki, "Moody’s" agentliyindən verilən məlumata görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalar ölkə iqtisadiyyatına təsir etməyəcək. "Moody’s"in bu şərhi "Fitch Ratings" agentliyi tərəfindən də dəstəklənib.
Belə ki, agentlik ixracatın 100 milyon dollar dəyərində azaldığını, amma bu rəqəmin ümumilikdə 2017-ci ildə 12,6 milyard dollara çatan ABŞ-Rusiya ticarətinin həcmində böyük fərq yaratmayacağını söyləyib.
"Moody’s" onu da əlavə edib ki, 2 həftə əvvəl Rusiyanın kredit faizi dərəcəsi "BBB-" olaraq, yəni yüksək qiymətləndirib və bununla da beynəlxalq səviyyədə ölkənin iqtisadiyyatına olan etimad sübut olunub. Agentliyin açıqlamasında yer alan fikrə görə, ABŞ Rusiyanı "cəzalandırmaq" gücündə deyil. Çünki hazırda ABŞ demək olar ki, dünyanın bütün dövlətləri ilə "savaş"dadır.