Fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əmək haqqı səviyyəsinin artımı fonunda müşahidə edilib, bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunub, 112,0% səviyyəsində icra edilib.
"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat portalımıza Hesablama Palatasının mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilir ki, Əlavə Dəyər Vergisinin tərkibində hesabat dövrü üçün proqnozlaşdırılmış məbləğ yalnız Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə ƏDV üzrə artıqlaması ilə icra edilib, digər istiqamətlər üzrə proqnoz göstəricilərinə nail olunub.
2018-ci ilin birinci yarımilliyində 2017-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 24357,4 min manat və ya 22,3%, məqsədli büdcə fondlarının daxilolmaları 43195,1 min manat və ya 15,0 dəfə artıb, sair daxilolmalar isə 21194,3 min manat və ya 59,0% azalıb.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalarla bağlı 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz 0,3% səviyyəsində icra olunub.
2018-ci ilin birinci yarımillində 2017-ci ilin həmin dövrü ilə müqayisədə 1495 sayda və 33,3% çox satınalma keçirilib, icra edilmiş vəsaitin məbləği isə 638,4 mln. manat və ya 27,5% çox olub.
Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31 dekabr 2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olub, ötən ilin sonuna mövcud olan borc 32,9% artıb. Debitor borclarda hesabat dövründə müşahidə edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 7,3%-nə bərabərdir.
Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31 dekabr 2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olub, ötən ilin sonuna mövcud olan borc 32,9% artıb.
Özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqlar 1 yanvar 2018-ci il tarixə 16531,9 min manat olub. Bu da 1 iyul 2018-ci il tarixə isə ilin əvvəli ilə müqayisədə 10636,3 min manat artaraq 27168,2 min manat təşkil edib.