USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənzil fondu niyə aktiv deyil? - EKSPERT ŞƏRHİ

30.08.2018 İqtisadiyyat
0 0
"Mənzil fondunu "qara sektor" adlandırırıq, çünki bu istiqamətdə fəaliyyət göstərənlər vergi vermir".

"Kommersant.az" xəbər verir ki, bunu portalımıza açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib. Onun sözlərinə görə, hotellərdə yer tutumunun kifayət qədər olmaması turistləri kirayə mənzil bazarına yönəldir. Mənzil fondu isə yerləşdirmə vasitəsi kimi hələ də aktivləşməyib:

"Biz, turizmə yönəlik icarə mənzil sektorunu "qara sektor" adlandırırıq. Çünki bu sektorda fəaliyyət göstərənlər vergi vermir, təklif olunan xidmətlər turizm standartlarına tam şəkildə cavab vermir, yerləşdirmə vasitəsi qaydalarından kənardır. Düzdür, bu gün ölkədə fəaliyyət göstərən hotellərin otaq və yataq yerləri kifayət qədər deyil və ölkəyə gələn turist sayına görə yetərsiz qalır. Məhz bu səbəbdən turistlər kirayə mənzil bazarına üz tuturlar.

Turistlərin kirayə mənzil bazarına yönəlməsini bir amil də şərtləndirir. Belə ki, bildiyimiz kimi ərəb turistlər 2-3 həyat yoldaşı ilə geniş ailə şəklində səyahət edirlər. Onlara da daha geniş qonaqlama yerləri sərf edir.

Kirayə mənzilləri məşhurlaşdıran növbəti amil isə bu yerləşdirmə vasitələrində icarə haqlarının hotel qiymətləri ilə müqayisədə aşağı olmasıdır. Mənzil icarədarları bununla sağlam rəqabət mühitini pozurlar. Hələ bu azmış kimi, vergidən də yayınırlar."

Ekspert təklif edir ki, bu fəaliyyət növü qanuniləşdirilməli və bu istiqamətə nəzarət mexanizmi qurulmalıdır:

"Təklif edirik ki, kirayə mənzil sektorundakı sahibkarlar hüquqi şəxs şəklində fəaliyyət göstərsinlər. Büdcəyə daxil olmalı vergidən yayınmasınlar və fəaliyyətləri yerləşdirmə və qonaqlama standartlarına uyğun şəkildə tənzimlənsin. Bunun üçün nəzarət müxanizminin qurulması da arzuolunandır. Hesab edirəm ki, bu bu boşluqlar doldurulacağı təqdirdə mənzil fondu daha da aktivləşəcək."

  • Əvvəlki

    Banklarda dolların satışı ucuzlaşıb - SON QİYMƏT

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0