Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə addımlar atılacaq.
"Kommersant.az" xəbər verir ki, Rusiyanın "Aeroflot" şirkəti 2018-2019-cu illər ərzində şirkətin əlavə xərclərini qarşılamaq məqsədi ilə bəzi xidmətlərə ödəniş tətbiq etmək niyyətində olduğunu bildirib.
Bu siyahıya daxil ediləcəklərdən biri də təyyarədə oturacaq yerlərin pulla satışı olacaq. Bununla şirkət xidmət səviyyəsini yüksəldəcəyini söyləyib. Bundan başqa aviaşirkət reyslərdə gecikməni aradan qaldıraraq əlavə marşrut xətləri istifadəyə verəcəyini açıqlayıb.