USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib - NAZİRLİK

30.08.2018 İqtisadiyyat
0 0
Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunda həmin insanların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb. Bu təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən olunur.

Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

  • Əvvəlki

    "MuğanBank" kredit verilməsini nə vaxt bərpa edəcək? - RƏSMİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0