USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan məhsulları “6-cı Çin-Avrasiya” sərgisində təqdim olunur

30.08.2018 İqtisadiyyat
0 0
Çinin Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən "Kommersant.az"a verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.

Sərgi sentyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsullarımızın Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçininn iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş ixrac missiyası avqustun 29-dan etibarən Urumçi şəhərində səfərdədir. İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.

  • Əvvəlki

    Bakıda qanunsuz tikintilərin sökülməsinə başlanılıb

Digər xəbərlər

26.11.2024 İqtisadiyyat
Taleh Kazımov yeni qərar imzaladı
0 0
26.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
26.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0