USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan şirkətləri Qətərdə “Birinci Beynəlxalq Məhsullar Sərgisi”ndə iştirak edəcək

30.08.2018 İqtisadiyyat
0 0
Avqustun 30-da Azərbaycan İxracatçılar Klubunun növbəti iclasında Qətərin paytaxtı Dohada təşkil ediləcək "Birinci Beynəlxalq Məhsullar Sərgisi"ndə iştiraka dair yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Kommersant.az"a bildiriblər ki, nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş tədbirdə qida, sənaye, xidmət, İKT və digər sektorlarda fəaliyyət göstərən 30-dan çox şirkətin təmsilçisi iştirak edib.
İclasda "Made in Azerbaijan" brendinin təşviqi, ixracın coğrafiyasının və həcminin genişləndirilməsi istiqamətində müxtəlif xarici ölkələrdə keçirilən sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, "Birinci Beynəlxalq Məhsullar Sərgisi"ndə iştirak qaydalarına dair suallar cavablandırılıb.

  • Əvvəlki

    Cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Digər xəbərlər