USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin stendi “Ən kreativ stend” mükafatına layiq görülüb

30.08.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində ilk dəfə XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistica 2018) sərgisində iştirak edən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Ən kreativ stend” mükafatına layiq görülüb.

"Kommersant.az" xəbər verir ki, qurumu stenddə təmsil edən şəxslərin geyim orijinallığı, təqdim olunan xidmətlərə görə fərqlənən stend bu mükafatla təltif olunub. Stend ziyarətçilər tərəfindən də maraqla qarşılanıb. Stendi ziyarət edən şəxslər ən çox “fərqlənmə nişanı”, avtovağzalda görülən yenidənqurma işləri, taksi xidmətlərində tətbiq olunacaq yeniliklər barədə məlumat alıblar.
Qeyd edək ki, DANX sərginin ilk günündə “Avtomobil Nəqliyyatı – Yeni Tənzimləmə Konsepsiyası” mövzusunda konfrans keçirib. Konfrans zamanı ölkənin avtonəqliyyat sahəsində baş verəcək yeniliklər və mövcud vəziyyət barədə müzakirələr aparılıb.
Xatırladaq ki, “TransCaspian/Translogistica”-2018”də dünyanın 15 ölkəsindən 85 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq.
Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.