USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Gürcüstan arasında birgə müəssisələrin yaradılması imkanları araşdırılacaq

30.08.2018 İqtisadiyyat
0 0
“Gürcüstan və Azərbaycan arasında birgə müəssisələrin yaradılması imkanlarının araşdırılması ilə bağlı razılıq əldə olunub”.

"Kommersant.az"ın xəbərinə görə, “Report”un yerli bürosu Gürcüstanın hökumət administrasiyasının məlumatına istinadla bildirir ki, bu barədə baş nazir Mamuka Baxtadze Azərbaycana rəsmi səfərinin nəticələrini şərh edərkən deyib.
O bildirib ki, Gürcüstan regionda Avropa İttifaqı və Çin ilə azad ticarət rejimi olan yeganə ölkədir:
“Azərbaycan Gürcüstanın ən iri investorlarından biridir və bu istiqamətdə əlbəttə ki, olduqca böyük potensial mövcuddur”.
M. Baxtadze iki ölkə arasında maliyyə sahəsi ilə bağlı əlavə məsləhətləşmələrin aparılacağını da söyləyib:
“Bu gün ölkələrimiz arasında azad ticarət rejimi xidmət sahəsinə şamil olunmur. Bu sahədə də əlavə araşdırmalar aparılacaq və hesab edirəm ki, azad ticarətlə bağlı yeni rejim Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın artırılmasına töhfə verəcək”.
Gürcüstanın hökumət başçısı Azərbaycana səfərinin çox uğurlu olduğunu vurğulayaraq, səfərin iki ölkə arasında iqtisadi əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.