USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi 3 faiz artıb

31.08.2018 İqtisadiyyat
0 0
Cari ilin yanvar-iyul aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3 faiz artaraq 10 milyard 941,8 milyon manata çatıb.

"Kommersant.az" Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3 faiz üstələyərək 10 milyard 937,6 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 32,5 manat daha çox vəsait xərcləyib.
Pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 942,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 5 milyard 999,1 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 54,8 faiz təşkil edib.
İlin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 39,1 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,1 faizi elektrik malları və mebelin, 2,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,1 faizi əczaçılıq və tibbi malların, 6,8 faizi avtomobil yanacağının, 26,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 22,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə edilib.

  • Əvvəlki

    Azərbaycan və Gürcüstan arasında birgə müəssisələrin yaradılması imkanları araşdırılacaq

Digər xəbərlər