USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan 200 milyardlıq yeni rüsum

31.08.2018 İqtisadiyyat
0 0
Çinə qarşı yeni sanksiyalar tətbiq olunacaq.

"Kommersant.az" xəbər verir ki, Trump Çinə qarşı yeni vergilər tətbiq etməyə hazırlaşır. Belə ki, yeni rüsumun ümumi məbləği 200 milyard dollar dəyərində olacaq. ABŞ dövlətindən verilən açıqlamaya görə yeni vergilər gələn həftədən rəsmi şəkildə qüvvəyə minəcək.

Qeyd edək ki, hələki Çinin tam olaraq hansı mallarına vergi tətbiq olunacağı bildirilməsə də, ABŞ tərəfi qərarın rəsmiləşmə tarixini bir qədər sonraya saxlaya biləcəyini də istisna etmir.

Trumpın bu addımının rəsmi Vaşinqton və Pekin arasında sürən "ticarət müharibəsi"nə mənfi təsirlərinin olacağı hazırda əsas müzakirə mövzularındandır.