Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mediaya açıqlama verərək kredit faizləri dərəcələndirmə agentliklərini saxtakarlıqda günahlandırıb.
"Kommersant.az" xəbər verir ki, Ərdoğan nitqində kəskin ittihamlara yer verərək "O saxtakarlardan əl çəkin. Agentlik elə dedi, agentlik belə dedi. Onlar bizim də haqqımızda çox söz deyirlər. Biz heç kimin önündə əyilmədik. Dollar "mollar"la bu milləti çökdürə bilməzlər", - deyə, çıxışını bitirib.