USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsu" Azərbaycan Beynəlxalq Bankından aldığı borcu 7 il tez qaytarıb

02.09.2018 İqtisadiyyat
0 0
Bu il yanvarın 1-nə "Azərsu" ASC-nin kredit borcları 238,805 mln. manat təşkil edib.

"Kommersant.az" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 43,4% və yaxud 1,8 dəfə azdır.
Səhmdar cəmiyyətinin kredit borclarının 167,268 mln. manatını və yaxud 70%-ni 4 beynəlxalq və xarici maliyyə qurumundan - Dünya Bankı (WB), Asiya İnkişaf Bankı (ADB), Almaniyanın "KfW" və Fransanın "Natixis" banklarından alınmış kreditlər təşkil edib. 2017-ci ildə bu tipli borclar 0,1% azalıb. Qeyd edək ki, həmin kreditlərin illik faiz dərəcəsi müvafiq olaraq 0,75%, 2,5%, 0,75% və 2,45%-dir.
Əvəzində "Azərsu" ötən il Maliyyə Nazirliyinə olan borcunu 83,5% artıraraq 71,466 mln. manata çatdırıb. Qeyd edək ki, nazirlik borcu Azərbaycan manatı və ABŞ dollarında, faizsiz ayırıb.
Qurum "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən aldığı borcu isə demək olar ki, qaytararaq 215,556 mln. manatdan 71 min manata endirib. Xatırladaq ki, Bank səhmdar cəmiyyətinə borcu illik 1%-lə, 2025-ci ilin iyul ayına qədər qaytarmaq şərti ilə verib. Göründüyü kimi, ABB-nin krediti 7 il tez qaytarılıb.