USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur ayaqqabı brendi iflas etdi

03.09.2018 İqtisadiyyat
0 0
Alihan Hotiç rəsmi bəyanat yayıb.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin məşhur ayaqqabı brendlərindən olan "Hotiç"in rəhbərliyi şirkətin iflas etməsi ilə bağlı rəsmi açıqlama verib. Şirkətin rəhbəri Alihan Hotiç tərəfindən verilən rəsmi açıqlamada 1938-ci ildən bəri fəaliyyət göstərən şirkətin son zamanlar iqtisadiyyatda baş verən dalğalanmalara qarşı dayana bilmədiyi bildirilir.

O qeyd edib ki, ödəmələrdə ciddi problemlər yaşansa da, şirkət bazardan müvəqqəti olaraq gedəcək. Belə ki, Alihan Hotiçin sözlərinə görə, milli dəyər olan "Hotiç"i yenidən qurmaq, daha yaxşı başlanğıc etmək üçün tədbirlər planı artıq hazırlanıb.