"Kommersant.az" xəbər verir ki, 12 sentyabr tarixində "Apple" şirkətinin yeni "iPhone" modelləri satışa çıxarılacaq. Mütəxəssislər təqdimat ərəfəsində şirkət səhmlərinin kəskin artacağını proqnozlaşdırır.
Hazırda ABŞ-ın 2 trilyon dollarlıq şirkəti olan "Apple"ın hissələri yatırımçılar tərəfindən alınır. Yayılan məlumata görə, yeni modellərin təqdimatının ardından bazarın nəhəngləri səhmləri satışa çıxaracaq. Çünki yeni nəsil "iPhone"lar gözləntini ödəməzsə, "Apple" səhmləri kəskin ucuzlaşacaq.