"Kommersant.az" xəbər verir ki, İran ona qarşı tətbiq ediləcək sanksiyalara sərbəst ticarət bazarında cavab verməyi düşünür. Rəsmi Tehrandan verilən məlumata görə, bu məqsədlə hələ 2016-cı ildən İran parlamentində qanun layihəsi hazırlanıb.
Belə ki, İran tərəfi "Xüsusi İqtisadi Zona"da 8 yeni sənaye müəssisəsi açmağı planlaşdırır. Ekspertlərin proqnozlarına əsasən, sözügedən layihə ilə İran İslam Respublikası geoiqtisadi xəritəni öz xeyrinə dəyişə bilər.