USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yarmarkalarda sui-istifadə halları aradan qaldırılacaq

03.09.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi”ni təsdiqləyib.

"Kommersant.az"ın xəbərinə görə, qərarı nazir İnam Kərimov imzalayıb. Əsasnaməyə əsasən, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, strukturuna daxil olan qurumlar və tabeliyindəki digər təşkilatlar, hüquqi şəxslər, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. DAİM müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. DAİM-in saxlanılması xərcləri və fəaliyyəti Azərbaycanın dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

DAİM-in fəaliyyət istiqamətləri bunlardır: 1.Regionlarda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl edilməklə təşkilini və göstərilməsini təmin edir, 2.Regionlarda kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsulları istehsalçılarına bu sahədə tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri üçün Nazirliyin qurumları ilə birlikdə tədbirlər həyata keçirir, 3.Regionlarda aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlıq qurur, 4.Aqrar sahədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin "vahid pəncərə", operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsini təşkil edir, 5.Nazirliyin regionlarda fəaliyyət göstərən digər yerli qurumlarının fəaliyyətini əlaqələndirir, 6.Bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir, 7.Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görür, 8.Region ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlərin görülməsində iştirak edir və bu sahədə Nazirliyə təkliflər verir, 9.kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədi ilə fermerlər və koordinasiya şuralarının yaradılmasına və fəaliyyətinə dəstək verir, 10. Nazirlik tərəfindən həvalə edilən digər istiqamətlərdə fəaliyyət göstərir. Mərkəz bu vəzifələri yerinə yetirir: 1.Regionda aqrar sahənin inkişafına dövlət dəstəyi mexanizmlərinin tətbiqi və həyata keçirilməsini təşkil etmək, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək; 2.Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi sahəsində, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və erroziyaya qarşı mübarizə tədbirlərinə dair əsaslandırılmış təkliflər vermək, sahə ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçıları ilə yerlərdə görüşlər keçirmək, onları aqrokimyəvi xidmətin təşkili ilə bağlı qabaqcıl təcrübələr barədə məlumatlandırmaq, bu istiqamətdə dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etmək, 3.ənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması və həmin torpaqların mühafizəsinin təmin edilməsi məqsədilə mütərəqqi torpaqbecərmə işlərinin aparılması, texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlərdə, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin identifikasiyası əməliyyatlarının aparılmasında iştirak etmək, 4.Kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaqların keyfiyyət və kəmiyyət göstəriciləri, uqodiyası, torpaq və bitki örtüyü və digər kateqoriyadan olan torpaqlar haqqında coğrafi məlumatlar, kənd təsərrüfatı məhsullarının istehsal və satış qiymətləri haqqında məlumatları yaradılmış informasiya sisteminə daxil etmək, 5.Aqrar sahədə yeni istehsal və emal sahələrinin yaradılması ilə bağlı araşdırmalar aparmaq, yeni investisiya layihələrinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək, 6.Regionlarda genetik modifikasiya olunmuş bitkilər istisna olmaqla yeni bitki sortlarının yetişdirilməsi və yayılması üçün tədbirlər görmək, 7.Kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək, 8.Əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatların aparılmasına, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək, təkmilləşdirici təkliflər vermək, 9.Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər görmək və bu barədə Nazirliyə təkliflər vermək, 10.Regionlarda ailə kəndli təsərrüfatlarının və aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafını dəstəkləmək, kənd təsərrüfatı kooperativlərinin, iri fermer təsərrüfatlarının yaradılmasını və inkişafını təşviq etmək, fermer və koordinasiya şuraları formalaşdırmaqla bu sahədə problemlərin, həlli yolları ilə bağlı təkliflərin öyrənilməsini təmin etmək, 11.Digər DAİM ilə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, qabaqcıl təcrübənin öyrənilməsi və regionda tətbiqi üçün tədbirlər görmək, 12.Kənd təsərrüfatı sahəsində dövlət xidmətlərinin, o cümlədən informasiya-məsləhət xidmətinin göstərilməsini "vahid pəncərə", operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında təşkil etmək və bu sahədə xidmətlərin təkmilləşdirilməsi üçün Nazirliyə təkliflər vermək, 13.Aqrar sahədə region əhalisinin məlumatlandırılması üçün elektron informasiya ehtiyatının (internet saytının) yaradılmasını və onun daimi yenilənməsini təmin etmək, 14.Nazirliyin qurumlarının yerli bölmələrində işin təşkili ilə bağlı vəziyyəti öyrənmək, ümumiləşdirmək və nəticələr üzrə Nazirliyə təkliflər vermək, 15.Kənd təsərrüfatı məsələləri üzrə vətəndaşların qəbulunu həyata keçirmək, onların müraciətlərinə baxmaq, kənd təsərrüfatı məhsulları istehsalçıları və fermerlərlə yerində görüşlər keçirilmək, ortaq problemlərin həlli ilə bağlı müzakirələr təşkil etmək, 16.Aqrar sahə üzrə hüquqi maarifləndirmə işini həyata keçirmək, DAİM-in fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq, 17. "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yerlərdə tətbiqi üzrə tədbirlər görmək, o cümlədən Nazirliyin təqdim etdiyi elektron xidmətlərin təşviq edilməsi və onlardan istifadə sahəsində kənd təsərrüfatı məhsulları istehsalçıları və emalçılarının bacarıqlarının artırılması, onların təlimatlandırılması məqsədi ilə tədbirlər görmək, 18.Kənd təsərrüfatı texnikasının və kənd təsərrüfatı təyinatlı torpaqların istifadə vəziyyəti və istifadəsində yol verilən pozuntular barədə Nazirliyə məlumat vermək, 19.Aqrar sahədə tələb olunan statistik məlumatların Nazirliyə bilavasitə və ya fermerlər vasitəsilə verilməsini təmin etmək, 20. Fermer və kəndlilər arasında aqrar sahə ilə bağlı sorğular keçirmək və nəticələri barədə Nazirliyə məlumat vermək, 21. Nazirliklə razılaşdırma yolu ilə "Könüllü fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq regionda könüllü fəaliyyətini təşkil etmək, 22. Nazirliklə razılaşdırma yolu ilə istehsalat təcrübələrinin Nazirliyin yerli istehsalat müəssisələrində keçirilməsini təşkil etmək. DAİM-in direktorunu vəzifəyə təyin və ya azad etmə səlahiyyəti kənd təsərrüfatı nazirinə aiddir.

  • Əvvəlki

    Su pulu bahalaşacaq? - RƏSMİ CAVAB

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0