USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan alimlərinin tədqiqatı nüfuzlu nəşrdə

03.09.2018 İqtisadiyyat
0 0
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun laboratoriya rəhbərləri - akademik Təyyar Cəfərov və professor Ayaz Bayramovun hazırladıqları “Məsaməli silisium və Günəş elementləri (Porous silicon and solar cells)” adlı fəsil ikicildli “Handbook of porous silicon” soraq kitabında çap olunub.

Fizika İnstitutundan "Kommersant.az"a bildirilib ki, həcmi təxminən 1600 səhifədən ibarət olan kitab Almaniyanın "Springer" nəşriyyat evində çapdan çıxıb. Nəşrin redaktoru, məsaməli silisiumu kəşf edən və araşdıran məşhur ingilis alimi Li Kanhamdır. Yüz on fəsildən ibarət kitabın fəsillərinin müəllifləri L.Kanham tərəfindən dünyanın 40 ölkəsindən dəvət olunan, nano-strukturlu silisium texnologiyası və tədqiqatları sahəsində fəal işləyən tanınmış alimlərdir.
Nəşrdə T.Cəfərov və A.Bayramovun həmmüəllifi olduqları fəsildə nano-məsaməli silisiumun fotovoltaik günəş elementlərində istifadəsinə aid araşdırmalarının nəticələri və bu istiqamətdə son 30 ildə dünyanın elmi mərkəzlərində görülən işlərin icmalı verilib.