2018-ci ilin iyul ayının sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 402,3 milyon dollar (7.9 faiz) artaraq, 5 503,5 milyon dollar təşkil edib.
"Kommersant.az" xəbər verir ki, İyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 43,3 milyon dollar, ilin əvvəlində isə 168,9 milyon dollar azalıb.
Ötən il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollar (34,2 faiz) artıb.