USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süni mayalanmada qız və oğlan uşaqlarının - QİYMƏTLƏRİ

05.09.2018 İqtisadiyyat
0 0
İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 14 ildir ki, Azərbaycanda da tətbiq olunur.

"Kommersant.az" xəbər verir ki, süni mayalanmanın alınma şansında yaş faktoru önəmlidir. Əgər qadın 30 yaşına qədərdirsə, onun alınma şansı 60-70%, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30% olur.

Bakıda süni mayalanmanın həyata keçirildiyi bir neçə tibb müəssisəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, klinikalara müraciətlərin sayında artım var. Prosesin həyata keçirilmə qiyməti isə bəzi nüanslara görə dəyişir.

Mərkəzi Klinikada cinsiyyət seçimi 3500 manatdır

Süni mayalanmanın qiyməti paket şəklində 1840 manatdır, dərmanlara isə 1000-1500 manat tələb olunur. Beləliklə, yekun qiymət 3000-3500 manat edir. Xəstəxanada qalmağa ehtiyac olmur (prosedur 1-2 saat çəkir). Müalicə müddəti 2 həftədir. Klinikadan bildirdilər ki, konkret cinsiyyət seçimi olarsa ödəniş 3500 manat olur. Bu qiymət qız və ya oğlan uşağına görə dəyişmir.

Dərmanı gətirmək olmaz

Baku "Medical Plaza"da süni mayalanma 4500 manata başa gəlir. Cinsiyyət seçimi isə 3400 manatdır. Bu qiymət qız və ya oğlan uşağına görə dəyişmir.

Burada isə pasient dərmanı gətirməlidir

"Bahçeci Klinikası"nda süni mayalanma etdirmək istəyənlər 3000 manat ödəməlidir. Pasientin alacağı dərmanların qiyməti 1000-1500 manat arasında dəyişir. Bir embrionun qiyməti 1000 manatdır.

Əkizlər üçün qiymət eynidir

"Reproduktiv Sağlamlıq Mərkəzi"ndə süni mayalanmanın qiyməti 4500 manatdır. Dərmanı gətirmək olmaz. İlkin müayinə pulsuzdur. Bir embrionun qiyməti 3400 manatdır. Həkimin sözlərinə görə, qoyulan 2-3 embriondan biri, yaxud üçü birdən çıxa bilər. Yəni, əkiz ola da bilər, olmaya da bilər. Paisentdə hamiləliyin başlayıb-başlamaması isə 9-10 gündən sonra məlum olunur.

Qiymət yaşa görə dəyişir

"MedEra Hospitalı"nda süni mayalanma sentyabrın sonuna kimi 3200 manatdır. Həkimin dediyinə görə, müraciət edənlər arasında 54 yaşlı qadın da olub. Yaşa görə qiymət fərqli olur. Embrionun sayına görə cinsiyyət üçün 4250 manat əlavə ödəniş edilməlidir. Oğlanların əksəriyyəti fiziki qüsurlu doğulduğu üçün son zamanlar sırf qız uşağı istəyənlərin sayı artıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatlarını icra edən şöbə fəaliyyətə başlayıb. Oradakı qiymətləri öyrənmək istəsək də, Klinikanın əməkdaşları bildirdilər ki, şöbənin işçiləri ora yalnız əməliyyat zamanı gəlirlər. Pasientlərin qəbulu isə "Azərtürkmed Hospital"da aparılır.

  • Əvvəlki

    Toz-dumanı müşahidə olunur - ETSN

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0