"Kommersant.az" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın öz valyutasından digər ölkələri cəzalandırmaq üçün istifadə etdiyini söyləyib.
Lavrov bu sözləri Rusiyanın "Birinci Kanal"ına verdiyi açıqlama zamanı deyib. Belə ki, nazir, dolların beynəlxalq maliyyə sistemi olduğunu, ABŞ-dan isə bunun qarşılığında valyuta "sahibi" olaraq məsuliyyətlərini yerinə yetirməsini gözlədiklərini bildirib.
Lavrov, sonda, ABŞ-ın gözləntilərə qarşı nəinki problem yaşadığı ölkənin, hətta həmin ölkə ilə münasibəti olan bütün ölkələrin banklardakı dollar əməliyyatlarını dayandırmasını tənqid edib.