USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkələrə nar tingi ixrac edəcəyik - ÖZƏL

07.09.2018 İqtisadiyyat
0 0
"2019-cu ilin noyabrında Kolumbiyaya 200 mindən çox nar tinginin göndərilməsi nəzərdə tutulub".

Bunu "Kommersant.az"a açıqlamasında, nar tinglərinin yetişdirilməsi işi ilə məşğul olan "Red Valley" şirkətinin direktoru Rəşad Şirin bildirib. Onun sözlərinə görə, şirkət artıq 2 ildir ki, nar tingi yetişdirməklə məşğul olur:

""Red Valley" nar tinglərinin yetişdirilməsi üzrə lisenziyası olan yeganə şirkətdir. Tinglik təsərrüfatının tədqiqatına 6 ildir ki, start verilib. Nar tinginin ilk ixracı Kolumbiyaya olub. Tinglərin qiyməti 2 dollardır (3,4 AZN). Həmin ölkə ilə razılıq 2017-ci ilin iyununda Kolumbiyanın xarici işlər naziri Maria Angelanın Azərbaycana səfəri zamanı əldə olunub. İmzalanan bu müqavilə müddətsizdir".

Şirkət rəhbəri qeyd edib ki, Gürcüstan, Peru kimi ölkələrə də nar tingi ixrac edilə bilər:

""Red Valley" bundan sonra "Nar bayramı"nda 1-6 yaşlı üzərində meyvəsi olan ağaclarla (dibçəkdə) çıxış edəcək. Şirkətə məxsus "Mina Şirin" nar sortu 2018-ci ilin martından rəsmi nar növləri siyahısına daxil olub".

Qeyd edək ki, bu ilin mayında Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib. Həmin tinglər Azərbaycan texnologiyası üzrə əkilib.

  • Əvvəlki

    Gəlin paltarı 6000 manata icarəyə verilir - QİYMƏTLƏR, SİYAHI

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0