"Kommersant.az" xəbər verir ki, "Goldman Sachs" "Tesla" ilə bağlı proqnoz verib. Proqnoza əsasən məşhur elektrik mühərrikli avtomobil istehsalçısı olan "Tesla"nın səhmləri yaxın vaxtda 30%-ə qədər düşəcək.
Şirkət mütəxəssisləri buna səbəb kimi yaxın vaxtlarda "Audi", "BMW", "Jaguar", "Porsche" kimi məşhur şirkətlərin elektrik mühərrikli avtomobillərini istehsal etməsini və bununla da "Tesla"nın bazardakı liderliyini itirməsini göstərib.