USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Layların neft veriminin artırılması üsulları sayəsində “Azneft”də 4,3 min ton əlavə neft - Hasil olunub

05.09.2018 İqtisadiyyat
0 0
Layların neft veriminin artırılması üsullarının tətbiqi nəticəsində “Azneft” İstehsalat Birliyi üzrə keçən il 4,3 min ton əlavə neft hasil edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Qeyd olunur ki, ötən il “Azneft” İB-nin neft və qazçıxarma idarələri (NQÇİ) üzrə yataqların lay təzyiqlərinin düşməsinin qarşısının alınması məqsədilə laylara 1 milyon 659,5 min kubmetr su vurulub və 57,4 min ton əlavə neft hasil edilib. Dəniz yataqlarında laylara süni təsir məqsədilə 1 milyon 8,5 min kubmetr su vurulub, nəticədə 41,1 min ton əlavə neft hasil edilib. Həmçinin quruda yerləşən yataqlarda laylara süni təsir məqsədilə 651 min kubmetr su vurulub, nəticədə 16,3 min ton əlavə neft hasil olunub. Layların neft veriminin artırılması üsullarının tətbiqi nəticəsində (III təsir üsulları) “Azneft” İB üzrə 4,3 min ton (o cümlədən dənizdə 4,2 min ton, quruda 0,1 min ton) əlavə neft hasil edilib. Nanotexnologiyaların tətbiqi ilə 15 quyuda müxtəlif təyinatlı tədbirlər həyata keçirilib və bu quyularda 3,4 min ton neft artımı əldə olunub.