USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hökumətin kartof üzərindən manat mesajı - EKSPERT RƏYİ

06.09.2018 İqtisadiyyat
0 0
"Son iki ayda qonşu ölkələrin milli valyutalarının dəyər itirməsi və bunun manatIn məzənnəsinə təsir edib etməyəcəyi müzakirə mövzusu olmuşdu. Aparılan təhlilər qonşu ölkələrin valyutasında yaranan dəyər itkisi sadəcə yeyinti məhsulları baxımından yerli istehsalı təhdid etdiyi və bunun da gömrük vergilərinin tənzimlənməsi ilə manat üzərində yaranacaq təzyiqin ötürülməsinin mümükün olduğu vurğulanırdı."

"Kommersant.az" xəbər verir ki, bunu portalımıza açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, hökümətin 2 gün əvvəl kartof idxalı üçün gömrük rüsumlarını 100% artırması bunu deməyə əsas verir ki, yaxın müddətdə manatın dəyərində sərt dəyişikliklərə gedilməyəcəyini və daha çox idxal olunan mal qruplarının daxili istahsalı təhdid etdityi durumlarda, gömrük və vergi rüsumları üzərindən tənzimlənə biləcəyi mesajı verilmiş oldu:

"Kartofun qiymət məsələsi ilə bağlı spekulyativ söyləntilərə gəlincə - əvvəlcədən onu bildirim ki, heç bir hökumət mal və xidmətlərin süni surətdə qiymətinin yüksəldilməsi yönündə stimullaşdırıcı qərar almaz. Bu sadəcə tənzimləmə funksiyasından və yerli istehsalın davamlılığını təmin etmə məqsədi güdə bilər. Heç kimə sirr deyil ki, Türkiyə, Rusiya və İranda ciddi kartof istehsalı var və son illərdə manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu (hətta cəmiyyətin sağlamlığını təhdid edən texniki kartof həcmi də az deyildi) və yerli istehsalı boğmuş vəziyyət idi. Son məzənnə dəyişikliyindən sonra cari ildə ölkədə 59 min hektar sahədə kartof əkilib və bu günlərdə məhsulun hasat dönəmi bitmək üzrədir. Artıq hökumətin əlində cari istehsal və stok haqqında dəqiq məlumatların olduğu məlumdur. Ölkədə orta hesabla hektardan 10 ton kartof toplandığını nəzərə alsaq bu təxminən 590-600 min ton təşkil edir ki, bu da ölkənin 500 min ton olan daxili tələbatını qarşılamaq imkanındadır. Dolayısı ilə iqtisadiyyatın təməl qaydalarına görə təklif artıqlığı varsa, ölkədə minlərlə kartof istehsal edən fermer təsərrüfatları, topdancı və pərakəndəçi subyektləri mövcuddursa "süni qiymət artımı" olacağı inandırıcı deyil".

Ekspert deyir ki, bu məhsulu min bir əziyyətlə əkib becərən fermerləri də düşünmək məsləhət olardı:

"Hazırkı məhsuldarlıq vəziyyətinə görə 1 kiloqram kartofun becərilməsinin maya dəyərinin 25-30 qəpik olduğunu, saxlanma və nəqliyyat xərclərini, fermer topdançı və pərakəndəçilərin də gəlir əldə etmək haqları olduğunu nəzərə alsaq, kartof qiymətinin ən az 70-80 qəpik səviyyəsində olması həm istehsalçıların, həm də istehlakçıların uzun müddətdə yararına olacağını söyləməyə əsas verir".