"Kommersant.az" xəbər verir ki, ICANN korporasiyası oktyabr ayının 11-də dünya internet şəbəkəsinin fəaliyyətində fasilə ola biləcəyini bildirib.
Belə ki, domen adları və IP adresslərin idarəsi üzrə korporasiyadan verilən açıqlamada həmin gün kriptoqrafik açarların dəyişdiriləcəyi söylənib. Məhz bu səbəbdən də istifadəçilər internetdən istifadədə problem yaşaya bilər.