Tovuzun Alakol kəndində yaşayan Sahib Qasımov 25 ildir ki, təsərrüfatla məşğul olur.
"Kommersant.az" xəbər verir ki, təsərrüfatçı 2000-ci ildən Astaradan gətirdiyi limon toxumu sayəsində bağında 10 limon ağacı əkib.
Ağacların hər birində isə hazırda təxminən 300-500 limon var. Təsərrüfatçı deyir ki, "Meyer" sortundan olan sitrus meyvə şaxtaya davamlı olmadığı üçün soyuq aylarda xüsusi qulluq tələb edir. İyun-iyul və mart aylarında çiçəkləyən limon ağacları bol məhsul verməsi ilə fərqlənir.
Sahib Qasımovun sözlərinə görə, limonu əsasən pay məqsədi ilə və xeyir işlərdə istifadə üçün alırlar. Meyvənin 1 ədədinin qiyməti isə 50 qəpikdir. Təsərrüfatçı limonun illik satışından təxminən 1000 manat qazandığını deyir.