"Kommersant.az" xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi un ixracatı ilə bağlı əhəmiyyətli açıqlama verib. Belə ki, son günlər artan qiymətlərə münasibət bildirən nazirlik un ixracına limit qoyub və qiymətlərə dəyişiklik edib.
Dəyişikliyə əsasən 75 lirə olan 50 kiloluq bir kisə un 95-100 lirəyə satılacaq.
Qeyd edək ki, bu dəyişiklik qiymətlərin stabilliyi tənzimləşdirilənə kimi qüvvədə olacaq.