“Gilan” dünya iqtisadi gərilmələrinə tab gətirmədi.
"Kommersant.az" xəbər verir ki, Türkiyənin məşhur zərgərlik bendlərindən hesab olunan "Gilan" dünyada yaşanan iqtisadi dalğalanmalara görə qısamüddətli borclara daha çox vaxt qazanmaq üçün iflas bayrağı çəkib.
Şirkət rəsmisi Muharrem Geylan verdiyi açıqlamada "Gilan"ın bu günə qədər bütün çətinliklərdən üzüağ çıxa bildiyini və Rihannadan, Celine Diona qədər məşhur dünya ulduzlarının seçimi olan bir firma yaratmağa nail olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda dünya maliyyə problemləri ilə əlaqədar durğunluq yaşayan şirkətin bu addımla yenidən ayağa qalxa biləcəyinə ümidlər sonsuzdur.