"Kommersant.az" xəbər verir ki, ABŞ prezidenti Donald Trump şəxsi "Twitter" hesabında etdiyi paylaşımlarda hökumət nümayəndələrinin, media mənsublarının şəxsinə yazdığı tənqidlərə görə sosial mediadan xəbərdarlıq alıb.
Belə ki, "Twitter"in qaydalarına əsasən şəbəkənin heç bir istifadəçisi irqçilik, şiddət, təhqir məzmunlu paylaşım edə bilməz.
Qeyd edək ki, "Twitter"in hüquq departamentinin rəhbəri Vijaya Gadde istifadəçilərin yaratdığı "Trumpın hesabı bağlansın" çağırışına fikir bildirirərək bu halın mümkünlüyündən bəhs edib. Gadde bildirib ki, qaydalara uymayacağı təqdirdə kimliyindən asılı olmayaraq hər kəsin hesabına blok qoyula bilər.