"Kommersant.az" xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Pakdemirli il sonuna qədər çörəyin qiymətinin sabit qalacağını bildirib.
Nazir, son günlərdə un qiymətləri ilə bağlı vətəndaşlar arasında fikir ayrılıqlarının yarandığını və qiymət artımı ilə bağlı narahatlıqların gündəmə gəldiyini bildirib. O bu qərarı fürsət bilib qiyməti artırmaq niyyətində olanlara səslənərək "Vətəndaşın çörəyinə göz dikməyəcəyik", deyə nitqini bitirib.