Şimali Koreya lideri Kim Çen İn sentyabrın 11-13-də Vladivostokda keçiriləcək Dördüncü Şərq İqtisadi Forumunda iştirak etməyəcək.
"Kommersant.az"ın məlumatına görə, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib:
"Bəli, biz onun tədbirdə iştirakını müzakirə etdik. Ancaq onun gərgin iş qrafiki (Şimali və Cənubi Koreya arasındakı danışıqlar prosesi və s.) forumda iştirakına mane oldu. Tədbirdə KXDR-in Xarici İqtisadi Əlaqələr nazirinin başçılığı ilə 7 nəfərlik nümayəndə heyəti mütləq iştirak edəcək".
Xatırladaq ki, ötən şənbə Valentina Matviyenko ilə Kim Çen İn arasında görüş keçirilib.