USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən sonuncu monitorinq nəticələri

09.09.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında keçirilən sonuncu monitorinqin nəticələri açıqlanıb.

"Kommersant.az"ın məlumatına görə, avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 7,0 m3/san artaraq 117,0 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.

Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,4, Ağstafaçayda 2,2, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,9-2,4, biogen maddələrdən-ammoniumun miqdarının 4, nitritlərin miqdarının isə 15-16 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.20-7.51 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

  • Əvvəlki

    "Bank Respublika"da - İŞ VAR

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0