USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan-İran avtomobil zavodu ixraca başlama vaxtı barədə

09.09.2018 İqtisadiyyat
0 0
Azərbaycan-İran avtomobil zavodu “Xəzər” gələn ildən Rusiya və digər ölkələrə avtomobil ixracına başlamağı planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinindən bildiriblər.
Şirkətdə qeyd ediblər ki, hal-hazırda bu ölkələrin bazarlarına avtomobil tədarükü üzrə fəal danışıqlar aparılır: “Ümumilikdə, istehsal olunan avtomobillərin 20 faizini xarici bazarlara tədarük etmək planlaşdırılır. Hal-hazırda zavodda “Khazar LD” və “Khazar SD” modelləri istehsal olunur”.

Həmçinin bildirilib ki, yaxın perspektivdə qiyməti 18-21 min manat olacaq “Renault” və Peugeot” brendləri altında avtomobil istehsalının təşkil olunması planlaşdırılır: “Zavodda bu gün istehsal olunan avtomobillərin dəyəri 14-16 min manatdır”.
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.

  • Əvvəlki

    Bakının Yusif Səfərov küçəsində xətlənmə işləri aparılacaq

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0