USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Şabran şəhəri” Qoruğunda küçələr və divar qalıqları aşkarlanıb

09.09.2018 İqtisadiyyat
0 0
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Şabran şəhəri” Tarixi Qoruğu ərazisində arxeoloji qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb.

İnstitutdan "Kommersant.az"a verilən məlumata görə, tədqiqatlar yeni çəkilən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun qoruğun ərazisindən keçəcək hissəsində aparılır.
İnstitutun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, ilkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr və divar qalıqları aşkar olunub. Qazıntı ərazisində su borusu yerləri, çox sayda qırmızı, yaşıl və göy boya ilə rənglənmiş saxsı qablar üzə çıxıb. Arxeoloqlar ərazidə, həmçinin kəhriz olması ehtimal edilən bişmiş kərpicdən tikili də üzə çıxarıblar.

Tədqiqat işləri zamanı Şabrançay çayına qədər olan 900 metr məsafədə ərazi tamamilə öyrəniləcək.
Qeyd edək ki, qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. "Şabran şəhəri" Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şirvanşahlar dövlətinin, bütövlükdə isə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

  • Əvvəlki

    Azərbaycan-İran avtomobil zavodu ixraca başlama vaxtı barədə

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0