Türkiyə, Rusiya və İran yerli valyuta ilə bağlı razılığa gəliblər.
"Kommersant.az" xəbər verir ki, İran Mərkəzi Bankının rəhbəri Abdunnasir Himmetinin açıqlamasına görə, Türkiyə, Rusiya və İranın yerli valyuta ehtiyatları ilə bağlı razılığa gəldiklərini bildiriblər.
Himmetinin sözlərinə görə, yaxın günlərdə ölkə mərkəzi banklarının rəhbərləri arasında qaranlıq qalan bütün məsələlərin həlli üçün görüş keçiriləcək.
Qeyd edək ki, ümumilikdə tərəflər arasında görüşün əsas məqsədi, dolları xarici ticarətdə dövriyyədən kənarda qoymaqdır.