"Kommersant.az" xəbər verir ki, Türkiyənin Qaziantep bölgəsində günəbaxan yağına soya yağı qarışdıran istehsalçıya 1 il 1 ay 10 gün həbs cəzası verilməsinin ardından "hiylə"li qida cəzalarında yeni dönəm başladı.
Belə ki, artıq istehsalçılar qidaya qatılan qatqıya görə "cəzamı ödəyib yoluma davam edərəm" deyə bilməyəcək. Hökumətdən verilən rəsmi qərara görə, bundan sonra vətəndaşların həyatını və sağlamlığını təhlükəyə ata biləcək hər addım ağır cəzalandırılacaq: "Qida və yemdə saxtakarlıq yolverilməzdir!"