USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Cərimələr hər gün 1% artacaq" - RƏSMİ AÇIQLAMA

11.09.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artaraq 786,2 min olub.

"Kommersant.az" xəbər verir ki, xətaların 50,1%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çox), 13,2%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (47,2% çox), 12,6%-i dayanma və ya durma qaydalarının pozulması (12% çox), 10,4%-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,4% az), 2,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (24,8% az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

"İnzibati protokolların təhlili göstərir ki, piyadaların məsuliyyətə cəlb edilməsində azalma var".

Bunu redaksiyamıza açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, 3-9 sentyabrda Bakı şəhərində 189 piyada saxlanılaraq barələrində inzibati protokol tərtib olunub:

"Avtomobillərin yüksək sürətlə hərəkət etdiyini göstərən avtomagistral yollarda piyadalar təyin edilməmiş ərazidən keçdikdə 40 manat məbləğində cərimə edilir. Piyadalar yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə isə 20 manat məbləğində cərimə edilir. Yeraltı, yerüstü piyada keçidləri və ya piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazilər əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Fiziki məhdudiyyətli şəxslər üçün Nərimanov rayonu ərazisində 4 işıqfor, "28 May" metrostansiyası yaxınlığında isə 1 işıqfor fəaliyyət göstərir. Piyadalarla aparılan fərdi söhbətlər protokollara nisbətən daha effektivdir".

Qurum rəsmisi qeyd edib ki, piyadalar arasında daha çox gənclər (tələbələr) məsuliyyətə cəlb olunur:

"İnzibati xəta törədən hər bir hərəkət iştirakçısı (piyada, sərnişin, sürücü və s.) məsuliyyətə cəlb edilirsə, qanunvericiliyin tələbinə əsasən, qərar qəbul edildiyi gündən ilk 5 iş günü müddətində təyin edilmiş cəriməni ödəyirsə, həmin şəxsə avtomatik olaraq 10% güzəşt edilir. Həmin vaxt ərzində ödəmədikdə isə 1 ay müddətində təyin edilmiş cəriməni eyni məbləğdə olmaq şərtilə ödəyə bilər. Məbləğ 1 aydan sonra ödənilmədikdə isə vətəndaşa hər gün üçün 1% dəbbə pulu əlavə edilir. Sürücülər 3 ay ərzində təyin edilmiş cəriməni ödəmədikdə avtomobil saxlanılaraq cərimə meydançasına aparılır. Sürücünün sürücülük hüququndan məhrum edilməsi məsələsi qaldırılır".

V.Əsədov vurğulayıb ki, cərimə istənilən bank, poçt və "Asan Xidmət" mərkəzləri vasitəsilə ödənilə bilər:

"Cərimələrin ödənilməsini təmin etmək üçün yaşayış yeri üzrə sahə müvəkkillərinə məlumat veririk. Cəriməni ödəməli olan şəxslərin iş yerlərinə, təhsil aldıqları müəssisələrə bu barədə məlumat göndərilir. İctimai qınaq və maaş vasitəsilə məbləğin ödənilməsi təmin edilir. Piyadalara tərtib olunan inzibati protokollara görə ödənmədə qismən ödənməyən cərimələr var. Cərimənin ödənilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində həbs nəzərdə tutulmayıb. Ancaq hakimlər tərəfindən məbləğin əmlaka yönəldilməsi ilə bağlı səlahiyyətlər var".

  • Əvvəlki

    Qatarların hərəkət intervalı dəyişdi - TARİX

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0