"Kommersant.az" xəbər verir ki, Amerikalı milyarder, investor Warren Buffett 2008-ci ildə ABŞ-da başlayan və bütün dünyanı təsir dairəsinə salan maliyyə böhranını şərh edərkən "Hamımız domino daşlarıyıq və bir-birimizə çox yaxınıq" cümləsini işlədib.
Təqribən 90 milyardlıq şəxsi sərvəti ilə dünyanın ən varlı 3-cü adamı olan 88 yaşlı Buffett, 10 ildir davam edən, başda ABŞ olmaqla, dünyanı ağuşuna alan maliyyə böhranının səbəbkarları olaraq ABŞ-ın rəhbər vəzifələrini tutanları göstərib. İş adamının sözlərinə görə, ABŞ-ın keçmiş Maliyyə Naziri və FES rəhbərinin səhv etmədiklərini düşünərək, atdığı addımların nəticəsi olaraq bu gün dünyanın hələ də boşluğunu doldura bilmədiyi "Lehman Brothers"in iflası kimi bir çox şirkətin süqutu gözləniləndir.