"Kommersant.az" xəbər verir ki, dünyanın ən dəyərli şirkətlərindən olan texnologiya nəhəngləri "Apple" və "Amazon"un bazar dəyəri xeyli düşüb. Bunun nəticəsi olaraq şirkətlərin hesabından son 4 gündə təxminən 100 milyard dollar silinib.
Belə ki, ötən həftənin çərşənbə axşamını 228,36 dollar səviyyəsində bağlayan "Apple" gün etibarilə 218,33 dollar geriləyərək 1 həftə ərzində 4,4% dəyər itirib.
"Amazon" şirkətinin isə eyni zaman kəsiyində hissələri 2.039,51 dollardan 1.939,01 dollara qədər düşərək, günü 4,9% -lik kəsrlə bitirib.