USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd təsərrüfatı sahəsində peşə təhsilinin inkişafına dəstək layihəsi başlayıb

11.09.2018 İqtisadiyyat
0 0
Bu gün BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək olaraq hazırlanmış və çap olunmuş 19 yeni dərsliyi və əlaqədar tədris materiallarını təqdim edib.

“Kommersant.az” xəbər verir ki, bu layihə ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin bazasını gücləndirmək və kənd təsərrüfatı sektorunun səmərəliliyini artırmaq istiqamətindəki səylərinə BP və tərəfdaşlarının verdiyi töhfənin bir hissəsidir. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda yerinə yetirilib və ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətini artırmaq məqsədi daşıyır.
Bu layihə dörd kənd təsərrüfatı ixtisası (bitkiçilik, kənd təsərrüfatı texnikası, meyvəçilik və tərəvəzçilik mütəxəssisi) üzrə yeni tədris metodologiyasının və müasir dərsliklərin hazırlanmasını əhatə edir.
“Ümid edirik ki, yeni dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq, çünki yeni ixtisasların tədris olunmasında istifadə olunacaq bu vəsaitlər yerli kənd təsərrüfatının vəziyyətini və mühitini yaxşı bilən yerli ekspertlər və mütəxəssislər tərəfindən yazılıb. Biz öz səylərimizi Təhsil Nazirliyinin səyləri ilə birləşdirərək kənd yerlərindəki icmalara və nəticədə ölkənin kənd təsərrüfatı sektoruna töhfə verməkdən böyük məmnunluq duyuruq. Yeni ixtisaslar üzrə təlimlərin yeni modul üsulu və metodologiyası ilə keçirilməsi şübhəsiz ki, ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin təkmilləşdirilməsində önəmli bir nailiyyət olacaq” - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
Qeyd edək ki, layihəyə 19 yeni modul və tədris materialları daxildir ki, onlar tərəvəzçilik mütəxəssisi ixtisası üzrə 3 modul – meyvəli tərəvəzlər; yarpaqlı və kökümeyvəli tərəvəzlər; ədviyyat, bitki çayları və dərman bitkiləri, meyvəçilik ixtisası üzrə 4 modul – tumlu meyvə bitkiləri; çəyirdəkli meyvə bitkiləri; giləmeyvə bitkiləri; qərzəkli meyvə bitkiləri, kənd təsərrüfatı texnikası ixtisası üzrə 4 modul – kənd təsərrüfatı maşınlarına texniki xidmət; kənd təsərrüfatı maşınlarının təmiri; kənd təsərrüfatı maşınlarından istifadə; kənd təsərrüfatı maşınları ilə işlərin yerinə yetirilməsi, bitkiçilik ixtisası üzrə 5 modul – taxılçılıq; yağlı bitkilərin əkini; qarğıdalı əkini; cərgəarası bitkilərin əkini; pambıqçılıq və bundan əlavə, həm meyvəçilik, həm də tərəvəzçilik mütəxəssisi ixtisaslarını əhatə edən bağçılıq üzrə 3 modul hazırlanmışdır – bitkilər və onlardan istifadə; bitkilərin əkini və qulluq tədbirləri; torpaq və substratlar aiddir.
Layihə çərçivəsində həmçinin Qəbələ, İsmayıllı və Qaxda yerləşən peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün dərsliklərin müəllifləri tərəfindən doqquz master-klas, habelə bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə potensialın yaradılması və yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçirilib.
Layihə “British Council” təşkilatı tərəfindən iki mərhələdə həyata keçirilmişdir – 1-ci mərhələ (sentyabr 2016 – sentyabr 2017) və 2-ci mərhələ (sentyabr 2017 – sentyabr 2018). Ümumilikdə, təxminən, 9000 nüsxə yeni dərslik və tədris materialı çap olunub.
Layihənin iki fazasının birlikdə ümumi dəyəri 463 min manatdan çoxdur.

  • Əvvəlki

    "Bank Respublika"da - İŞ VAR

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0