Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,59 dollar və ya 0,85% bahalaşaraq 69,84 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,26 dollar və ya 0,33% yüksələrək 79,32 dollar olub.