USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin borcu artır - EKSPERT RƏYİ

12.09.2018 İqtisadiyyat
0 0
İqtisadiyyatı inkişaf etməkdə olan yeddi ölkə - Şri-Lanka, Cənubi Afrika Respublikası, Argentina, Pakistan, Misir, Türkiyə və Ukrayna valyuta böhranı riski altındadır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Yaponiyanın "Nomura Holdings Inc" bankının analitiklərinin icmalında qeyd olunub.

Analitiklərin məlumatına görə, Rusiya, Braziliya, Bolqarıstan, İndoneziya, Qazaxıstan, Peru, Filippin və Tailand daha az böhran riski altındadır.

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı portalımıza açıqlamasında bildirib ki, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə böhran riskinin olacağı əvvəldən gözlənilirdi:

"Proses ABŞ Mərkəzi Bankının (FES) faiz dərəcəsini artırması ilə başlayıb. 1 il əvvələ kimi məzənnə müharibələri gedirdi (dünyanın mərkəzi bankları öz iqtisadiyyatlarını canlandırmaq üçün faiz "silahlarına" sarılır). Hazırda isə ticarət müharibələri gedir. Xarici investorlar inkişaf etməkdə olan ölkələrin kapital bazarlarından vəsaitlərini çıxarırlar. İnkişaf etmiş ölkələrin maliyyə bazarlarındakı qiymətli kağızlara və dövlət qiymətli kağızlarına investisiya yatırırlar. Xüsusilə ABŞ qiymətli kağızlarının gəlirliliyi artdığı və ABŞ iqtisadiyyatındakı iqtisadi aktivlik daha yaxşı olduğu üçün, faizlərin yüksəlməsi fonunda daha cəlbedici ölkə sayılır".

İqtisadçı qeyd edib ki, proqnoza Türkiyə və Rusiyanın daxil edilməsi çox güman ki, son 1-2 ay ərzində həmin ölkələrdə baş verən valyuta enişidir:

"Rusiya daha çox dünyada tələbat olan xammal məhsulları ixrac edir. Həmin məhsulların qiyməti maliyyə bazarlarında yetərincə yüksəkdir. Xarici fondlar Rusiyadan vəsaitlərini çıxarsalar belə, ölkə həmin vəsaitləri xammal satışı ilə kompensasiya edə biləcək. Bu baxımdan rubl daha təhlükəsizdir.

Türkiyə isə xammal deyil, daha çox istehsal olunan mal və xidmətləri inkişaf etməkdə olan ölkə bazarlarına ixrac edir. Türkiyədə faizlər həddindən artıq yüksəkdir. Türkiyə Mərkəzi Bankı çox gec - lirəyə təzyiqlər artandan sonra qərar verdi. Tədiyyə balansındakı kəsir, ölkənin borc yükünün çox olması Türkiyə milli valyutasının dəyər itirməsini daha da sürətləndirdi. Məsələn, 1 il bundan əvvəl Türkiyə hökuməti 5%-lə, şirkətlər isə 6-7%-lə borclana bilirdisə, hazırda şirkətlər 12-13%, dövlət isə 8-9%-dən aşağı olmamaqla borclanır. Ölkədə inflyasiya kifayət qədər yüksəkdir".

Xatırladaq ki, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin verdiyi məlumata görə, avqust-sentyabr ayları ərzində Türkiyənin daxili borcu 23 milyard lirəyə çatacaq. Problemdən çıxış yolu kimi ölkə xarici dövlətlərdən borc almağı dayandıracaq.

  • Əvvəlki

    Yeyib-içməyə 11,5 milyard manat xərcləmişik - STATİSTİKA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0