Trumpın çağırışına cavab verilsə, qiymətlər qalxacaq.
"Kommersant.az" xəbər verir ki, ötən günlərdə Trumpın "Apple"ın Çinə vergi tətbiq ediləcəyi halda artımın "Apple" məhsullarına da birbaşa təsiri olacağı fikrinə qarşılıq "Ölkənə qayıt. Müəssisələrinizi ABŞ-da inşa edin" cavabını vermişdi.
Lakin analitiklərin mümkün ehtimallara dair proqnozları hər kəsi çaşqınlığa salıb. Belə ki, "Apple" çağırışa müsbət cavab verərsə, o zaman məhsullarının qiymətini ən az 20% qaldırmalıdır. Çünki amerikan fəhlənin xərci çinli fəhlənin xərcindən 2,6 dəfə çoxdur.
"Bank of America Merrill Lynch" mütəxəssisləri isə "Apple"ın müəssisələrinin hətta 10%-ni ABŞ-a köçürəcəyi halda qiymətlərin anında 8% qalxacağını əminliklə söyləyiblər.