"Kommersant.az" xəbər verir ki, bu gün "Apple" ən son texnologiyalarının təqdimatını edəcək. Minlərlə insanın səbrsizliklə gözlədiyi təqdimat ağıllarda belə bir sual yaradır: "İnsanlar niyə hər dəfə yeni "iPhone" istəyir?"
İnsanların istehlak tələbləri son yüz ildə inanılmaz dərəcədə dəyişib. Məsələn, "Apple"ın yeni "iPhone"ları yəqin ki, yenə ən çox maraq görən cihaz olacaq. Halbuki, hələ 1 il əvvəl çıxmış "iPhone X" hələ də günümüzün ən yaxşı telefonlarındandır. Bəs insanları hər dəfə əlindəki kifayət qədər təzə olduğu halda, yeni telefon almağa cəlb edən nədir? Çoxlarınız "pul" deyəcək, amma elə deyil.
Belə ki, araşdırmalara görə, "Apple" texnologiya dünyasının modasını təyin edən şirkət halına gəlib. Yer üzündə isə modaya düşkün saysız insan var. Məhz bu səbəb insanları hər il yenisi çıxan, əslində tərkibində çox da dəyişiklik olmayan "Apple"ı almağa "məcbur edir".