USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması Qaydaları - Təsdiq edilib

12.09.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" təsdiq edilir.
Dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədi ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) ilkin olaraq aşağıdakı altsistemləri yaradılır:
- kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi;
- sosial xidmətlər sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Sosial Xidmətlər Vahid İnformasiya Sistemi;
- kənd təsərrüfatı sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi.
Bu Fərmana əsasən yaradılan Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Energetika Nazirliyi, Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aqrar Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılır ki, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri iki ay müddətində təsdiq etsin; dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestri – "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"ni təşkil etsin və aparılmasını təmin etsin; mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin; bu Fərmanda qeyd edilən altsistemlərin formalaşdırılmasını onların operatorları ilə birlikdə təmin etsin; bu Fərmanla təsdiqlənən Qaydaların icrası ilə bağlı mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsini həyata keçirsin; dövlət informasiya ehtiyatları və sistemlərinin rəsmi statistik məlumatlarla təmin olunması məqsədilə Dövlət Statistika Komitəsinin müvafiq informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilməsini həmin Komitə ilə birlikdə təşkil etsin; bu Fərmanla verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslərə tapşırılır ki, bu Fərmanla təsdiqlənən Qaydaların 3.2-ci və 4.1-ci bəndlərində qeyd edilən məlumat siyahılarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsinlər; bu Fərmanın 4.5-ci bəndinə əsasən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən sahibi və ya operatoru olduqları informasiya ehtiyatlarının və sistemlərinin bu Fərmanla təsdiqlənən Qaydalara uyğunlaşdırılmasını təmin etsinlər; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında və müəyyən etdiyi müddətdə sahibi və ya operatoru olduqları informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiyasını təmin etsinlər.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

  • Əvvəlki

    "YouTuber"lik gələcəkdə çox ciddi psixoloji problemlərə səbəb ola bilər

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0