USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti bahalaşır

13.09.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 81,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 80,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 12-də 77,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 12-də 79,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.