USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məscidlərdə ölü neçəyə yuyulur? - SİYAHI

14.09.2018 İqtisadiyyat
2 1
Bakıda yerləşən bəzi məscidlərdə artıq bir neçə ildir ki, cənazənin yuyulması xidməti göstərilir.

"Kommersant.az" xəbər verir ki, məscidlərdə bu işi mürdəşirlər (ölüyuyanlar) həyata keçirir.

Göstərilən xidmətin haqqı isə prosesdə istifadə olunan su, işıq,sabun, sidir ("kamfora" bitkisinin tozu), kafur (istiota oxşar maddə) və s.-dən asılı olaraq məscidlər üzrə dəyişir.

Kommersant.az mövzu üzrə kiçik araşdırma aparıb. Məlum olub ki, məscidlərdə cənazənin yuyulması 50-60 manat arasında dəyişir. Bəzi məscidlər isə əvvəllər ölüyuma xidməti göstərsə də, sonradan adıçəkilən fəaliyyəti dayandırıb.

Məsələn, İlahiyyat məscidində cənazənin yuyulması xidməti 15 il bundan əvvəl mövcud olub. Axundun sözlərinə görə, məscidi ziyarət edənlər həddindən artıq çox olduğuna görə sonradan ləğv olunub:

"Bildiyim qədərilə "Göy məscid"də, "Hacı Sultanəli məscidi"ndə, "Qaraçuxur məscidi"ndə, "Müşviqabad məscidi"və "Təzəpir məscidi"ndə ölülərin yuyulması xidməti var. Pambıq, isti kafur, kəfən və s. pul tələb edir. Xidmət pullu olmalıdır. Türkiyədə, Səudiyyə Ərəbistanında da belədir".

Axund qeyd edib ki, bəzi məscidlərdə hətta kəbini 50 manata kəsirlər, bu isə düzgün deyil:

"Çünki kəbin ölünün yuyulması kimi baha başa gəlmir".

"Şah Hüseyn məscidi"nin axundu Səbuhi Nəsrullayevin sözlərinə görə isə, kriminal hadisələr zamanı vəfat edən şəxslərə görə məsciddə meyit yuyulması xidməti göstərilmir:

"Polisə izahat verməmək üçün xidmətin fəaliyyətini dayandırmışıq. Hazırda ölən şəxs 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müayinə edilir. Əvvəl isə belə deyildi. Xidməti yenidən aktivləşdirsək, ölü sahibini xərcə salmamaq üçün kəfəni özüm alacağam. Digər məscidlərdə cənazəni 50 manata yuyurlar. Halallıq üçün pul verilməlidir. Tanıdığım məscidlərdə mürdəşirə (ölüyuyanq) hər yuduğu cənazəyə görə çek verilir".

"Qaraçuxur məscidi"nin axundu isə bildirdi ki, hazırda bütün məcsidlərdə cənazə 60 manata yuyulur:

"Bizdə də qiymət eynidir. Kəfən, su, dəsmal, sabun, kafir (istiota oxşar maddə) və s. Ölkədə baş verən bahalaşma cənazə yuyulmasındakı qiymətlərə təsir etmədi. Hər cənazədən, onu yuyana pul veririk. Cənazə olmayan gün məscidin nəzir qutusundan, ianə pullarından pul götürüb ölüyuyanlara köməklik edirik".

"Hacı Əjdərbəy məscidi"ndə ("Göy məscid") isə cənazə 50 manata yuyulur.

"Qaradağ məscidi"ndə 30 manat ölüyuyana verilir, 20 manat isə kommunal xidmətlərə xərclənir. Məsciddə cənazə yuyulması xidməti 2000-ci ildən həyata keçirilir. Məscidin axundu qeyd edib ki, kommunal xidmətlər bahalaşdıqca qiymət də ona uyğun şəkildə qalxıb:

"Elə olur ki, həftələrlə cənazə olmur".

"Heydər məscidi"ndə də qiymət demək olar ki, eynidir-50 manat. Xidmət məscid fəaliyyətə başlayandan, yəni 4 ilə yaxındır ki, göstərilir. Qiymət 4 il ərzində dəyişməyib.

  • Əvvəlki

    "Turan Bank"a silahlı hücum edən şəxslə bağlı - QƏRAR VERİLDİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0