USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan məhsulları Moskvada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

14.09.2018 İqtisadiyyat
0 0
Sentyabrın 17-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow 2018” Sərgisi açılacaq.

İqtisadiyyat Nazirliyindən "Kommersant.az"a verilən məlumata görə, sərgidə nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti təmsil olunacaq.
Sərgi 20 sentyabr tarixinədək davam edəcək.

Qeyd edək ki, Azərbaycan sahibkarları artıq ikinci dəfədir ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində iştirak edirlər.
Ümumilikdə isə, indiyədək yerli məhsullarımız 13 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təmsil olunub.