USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Agentliyinin qurumuna yeni sədr gətirildi - TƏYİNAT

15.09.2018 İqtisadiyyat
0 0
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

"Kommersant.az"a Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

S. Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə "Asfarma" MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2010-2013-cü illərdə əvvəlcə "Farmservis" MMC-də, daha sonra isə "YurAz Farmasyutikl İndastriz" MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə "Avromed" özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.

S. Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. Məmmədov 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.

  • Əvvəlki

    Lirə bahalaşır - YENİ QİYMƏT

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0